RU

Şimali Koreya ordusunun generalı Kursk vilayətində yaralanıb

Ərazisinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan və Rusiya qoşunlarının tərkibində Şimali Koreya əsgər və zabitlərinin onlara qarşı döyüşdüyü bildirilən Kursk vilayətində Şimali Koreya ordusunun generalı yaralanıb. Generalın Ukrayna hərbçilərinin Kursk vilayətində “bu yaxınlarda” həyata keçirdiyi hücumlar nəticəsində yaralanmasından başqa, baş verənlərlə bağlı hələlik heç bir təfərrüat yoxdur.

Bu xəbəri ilk olaraq “The Wall Street Journal” dərc edib. Beləliklə, Qərb rəsmiləri ilk dəfə olaraq Şimali Koreyanın yüksək rütbəli hərbçisinin Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edərkən Rusiya ərazisində yaralandığını təsdiqləyib.

Bir gün əvvəl “The Wall Street Journal” yazıb ki, Kursk bölgəsində Şimali Koreya ordusuna KXDR Baş Qərargah rəisinin müavini, general Kim Yonq Bok rəhbərlik edir. Generala Şimali Koreya qoşunlarını Rusiya ordusuna inteqrasiya etmək və müasir döyüş üsullarını öyrənmək tapşırılıb.

Kim Yonq Bok əvvəllər KXDR xüsusi təyinatlılarına rəhbərlik edib və uzun müddət kölgədə qalıb. Onun şəxsiyyəti Rusiya ilə Şimali Koreyanın yaxınlaşması fonunda, 2024-cü ilin iyununda strateji tərəfdaşlıq sazişi imzalanarkən ictimaiyyətə məlum oldu. “The Wall Street Journal” yazır ki, o vaxtdan bəri general müntəzəm olaraq Şimali Koreya lideri Kim Çen Inla rəsmi tədbirlərdə iştirak edib.

Kəşfiyyat məlumatlarına görə, Rusiyada bir neçə min Şimali Koreya hərbçisi var. Pentaqon onların sayını 11 min nəfər hesab edir.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники