RU

"Bu problemlərin kökündə valideyn-uşaq ünsiyyətinin olmaması durur" - QHT sədri / VİDEO

"Ümidli gələcək" Gənclər İctimai Birliyinin sədri və Yuvenal Ədliyyə Mərkəzinin koordinatoru Kəmalə Aşumova kiber təhlükələrə məruz qalan uşaqların vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, valideynlərlə uşaqlar arasında ünsiyyətin olmaması bu problemlərin əsas səbəblərindən biridir.

QHT.az xəbər verir ki, Kəmalə Aşumova qeyd edib ki, yeniyetmələr, xüsusilə 13 yaşdan yuxarı uşaqlar kiber aldatmalara daha çox məruz qalır. Oğlanlar əsasən kompüter oyunları vasitəsilə aldadılaraq maddi zərərə uğradılır, qızlar isə onlayn çat vasitəsilə tanışlıq edərək şəxsi məlumatlarını paylaşır və təhlükə ilə üzləşir.

Ekspert çağırış edib: "Valideynlər uşaqları ilə daha çox vaxt keçirməli, onların onlayn fəaliyyətlərini diqqətdə saxlamalıdır. İnternetdə təhlükəsiz mühit yaratmaq hər birimizin vəzifəsidir".

Kiber təhlükəsizlik və valideynlərin maarifləndirilməsi mövzusunda geniş tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.

Daha ətraflı videoda:

 

Pərvanə Fərhadqızı

Избранный
20
qht.az

1Источники