RU

Bu ölkədə dövlət çevrilişi cəhdi: Keçmiş prezidentə cinayət işi açıldı

Braziliya Federal Polisi keçmiş prezident Jair Bolsonaronu dövlət çevrilişinə cəhddə ittiham edib. Belə ki, onun barəsində hazırkı prezident Luiz İnasio Lula da Silva hökumətinə qarşı dövlət çevrilişinə cəhd iddiası ilə cinayət işi qaldırılıb.

Publika.az xəbər verir ki, barədə ölkənin yerli mətbuatında məlumat yayılıb.

Bildirilir ki, Federal Polis başda keçmiş prezident olmaqla 37 nəfər barəsində “demokratik hüquqi dövləti zorakılıqla məhv etmək, çevriliş və qeyri-qanuni təşkilatlanma” ittihamı ilə Ali Məhkəməyə şikayət edib.

Təxminən 700 səhifədən ibarət və 2022-ci ilə aid olan cinayət işinə Bolsonaro, bəzi generallar, keçmiş nazirlər və sabiq müşavirlər də daxil olmaqla bir çox yüksək səviyyəli məmurlar daxildir.

Bolsonaro isə öz növbəsində sosial media hesabında ittihamlara münasibət bildirib: “Hakim Aleksander de Moraes bütün təhqiqatı təkbaşına aparır, şikayət etmədən həbs qərarı verir, mümkün dəlilləri tapmaq üçün genişmiqyaslı axtarış aparır”.

Избранный
14
publika.az

1Источники