RU

"Dövlətin pulu iki fırıldaqçı arasında bölüşdürülür"

"Büdcə layihəsində ünvanlı sosial yardım üçün 457,3 milyon manat nəzərdə tutulub, bu, az vəsait deyil. Bu yardımı almaq üçün vətəndaşın mütləq iş yeri olmalıdır".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitə iclası zamanı deputat Əziz Ələkbərli deyib.

Deputat qeyd edib ki, məsələnin problemi elə burdan başlayır.

"Vətəndaş gedib "dirnaqarası" iş yeri tapır, lakin müəssisə rəhbəri isə maraqlı deyil əlavə iş yeri açmağa. Çünki bunun üçün müəyyən ödəmələr etməlidir. Ona görə də müəssisə ayda 100 manat ziyana gedəcəksə, yerinə vətəndaşdan ayda 200 manat pul alır. Amma ortada iş yoxdur, vətəndaş işə getmir, ortada dövlətin pulu iki işbaz fırıldaqçı arasında bölüşdürülür".

Aysel Əkbər
Milli.Az

Избранный
9
milli.az

1Источники