RU

“Ruslar bu şəhərin dörddə birini ələ keçirib” – “BILD” analitiki

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Kuraxovo şəhərinin 25%-ni ələ keçirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “BILD” nəşrinini analitiki Yulian Röpke məlumat verib.

Onun sözlərinə görə, ruslar Kuraxovonun şərqində irəliləyib və hazırda şəhər ərazisinin dörddə birinə nəzarət edirlər. Röpke burada Ukrayna Silahlı Qüvvələrinin vəziyyətinin “kritik” olduğunu bildirib.

O, əlavə edib ki, ruslar Berestki kəndinə daxil olduqları Kuraxovskoe su anbarının şimal sahili boyunca irəliləməyə davam edib, həmçinin əvvəllər avtomobil və dəmir yolu xətlərinin keçdiyi bəndləri ələ keçiriblər. Təhlilçi qeyd edib ki, bu bəndlərdəki körpülər dağıdılıb və bu, rusların şimaldan irəliləməsini dayandırıb. Röpke bildirib ki, buna baxmayaraq, 1 kilometr məsafədə yerləşən ruslar yenə də Ukrayna qüvvələrini atəşə tuta bilərlər.

“AzPolitika.info”

Избранный
13
azpolitika.info

1Источники