RU

"TAC" MMC-yə 2 protokol tərtib edildi

"TAC" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan iki inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 -25000 manatadək məbləğdə cərimə edilir.

İşə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Aynurə Sadıqovanın sədrliyi ilə baxılacaq. 

Sadiq İsbəndərli

Избранный
13
6
valyuta.az

10Источники