RU

UEFA azərbaycanlı hakimə etimad göstərdi

FİFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

Apress.az xəbər verir ki, AFFA-nın məlumatına görə, Kamal Umudlu UEFA Gənclər Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Girona” (İspaniya) oyununun baş hakimi olacaq.

K.Umudluya yan xətdə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.

Noyabrın 27-də Sankt Veit an der Qlan şəhərində yerləşən “Cek Lemans Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Избранный
9
30
apress.az

10Источники