RU

200 qram südü 10 manat və ya Türkiyədən 2664 manata alınan uzunqulaqlar - KTN "biz almamışıq" deyir, bəs bu eşşəklər hara yoxa çıxıb?

Bu ilin sentyabr ayında Azərbaycana Türkiyədən 6 baş ulaq (eşşək) idxal edilib.

Bu barədə “Yeniavaz” məlumat yayıb.  Bildirilib ki,  idxal olunan 6 baş ulaq üçün ümumilikdə 9,4 min dollar (16 min manat) ödənilib. Açıqlanan məlumatlardan belə görünür ki, Türkiyədən gətirilən ulaqların bir başının orta gömrük dəyəri 2 min 664 manat olub.

Maraqlıdır, bu ulaqların Azərbaycanda sifarişi kim tərəfindən edilib? 

Mia.az-ın məlumatına görə, “Yeni Müsavat” bu suala  aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirlikdən bildirilib ki, yayılan məlumatın onlara aidiyyəti yoxdur və sifariş bu qurum tərəfindən edilməyib. 

Fermer Ceyhun İbrahimov Novxanıda yaşayır və kiçik eşşək təsərrüfatı var. O deyib ki, uşaq vaxtlarından ailəsi eşşək saxlayıb. Onun sözlərinə görə, hazırda 11 eşşəyi var, onlardan 4-ü sağılandır. Fermer bildirir ki, eşşək çox süd verən heyvan deyil. 4 eşşəkdən gün ərzində 1 litr süd çıxır. Amma sağılan kimi süd içilməlidir, qalanda xarab olur: “Eşşəyi saxlamaq asan deyil. İnəkdən 3 dəfə çox yeyir, xərci çoxdur. 14 aydan bir balalayır, 6 ay süd verir, 11 aya doğur, 3 ay da süddən kəsiləndən sonra boş-boşuna gəzir. Südünün 200 qramını 10 manata satıram. Günə 3-4 stəkan satıram. 20 manat yemləri edir, 20 manat da mənə qalır. Bəzən isə təkcə yem pulları çıxanda sevinirəm. Camaat üçün savaba saxlayıram. Ən çox qızılça, göy öskürək və astma xəstələri üçün alırlar. Südü çox versə, qiymətli olmaz. Onun qiymətinin bahalığı südünün az olmasındadır. Elə gün olur ki, satış heç olmur, cibimdən başlayıram yedizdirməyə”.

Eşşəklərin sayının daha çox olduğu digər rayonlar aşağıdakıladır:

MİA.AZ

Избранный
8
3
mia.az

9Источники