RU

Meyitin gözləri oğurlandı - Morqda ŞOK HADİSƏ

Hindistanda qəribə hadisə baş verib.

News24.az Söz.az-a istinadən xəbər verir ki, Bihar əyalətində Fantuş Kumar adlı şəxs silahlı hücum nəticəsində həyatını itirib. 

Mərhumun cəsədi Nalanda Tibb Kolleci Xəstəxanasındakı morqa yerləşdirilib. Bir müddət sonra isə Kumarın sol gözünün itdiyi bildirilib.

Həkimlər gözün siçanlar tərəfindən gəmirildiyini iddia edib, lakin ailə buna inanmadıqlarını bildirib. Onlar polisə müraciət ediblər. 

Xəstəxana rəhbərliyi məsələni araşdırmaq üçün hərəkətə keçib. 

Bildirilib ki, hadisə ilə bağlı təhlükəsizlik kamerası görüntülərinə baxılacaq. Yarılmanı aparan həkimlərdən də ifadə alınacaq. 

Kumarın yaxınları cəsədin morqdan gətirilərkən sol gözün olmadığını və xərəkdə cərrahi bıçaq gördüklərini deyiblər. 

Onlar sol gözün oğurlandığını düşünürlər. 


Избранный
13
news24.az

1Источники