RU

Orbandan həbs qərarına təpki: “Netanyahu ölkəmizə gəlsə...”

Macarıstan Baş naziri Viktor Orban israilli həmkarı Benyamin Netanyahunu ölkəsinə səfərə dəvət edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, bu səfər çərçivəsində Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) qərarına baxmayaraq, Netanyahunu həbs etməyəcəklərini, buna zəmanət verəcəyini bildirib.

Ölkəsi Avropa İttifaqına altı aylıq dönəmli sədrlik edən Orban BCM-in qərarının yanlış olduğunu və İsrail liderinin Macarıstana adekvat təhlükəsizlik şəraitində səfər edə biləcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
18
teleqraf.com

1Источники