RU

İran ilə Ermənistan XİN rəhbərləri həftə ərzində iki dəfə əlaqə saxlayıblar

Hurriyyet.az xəbər verir ki, Ermənistanla İranın xarici işlər nazirləri - Ararat Mirzoyanla Abbas Əraqçi həftə ərzində iki dəfə telefonla danışıblar. Bu barədə "Sputnik Ermənistan" informasiya agentliyi məlumat verib.

Mirzoyan X şəbəkəsindəki açıqlamasında yazıb: "Həmkarımla telefon söhbəti zamanı gündəlikdə duran məsələlərə, o cümlədən vətəndaşlara əlavə fayda gətirə biləcək ikitərəfli əməkdaşlıq sahələrinə toxunduq".

Nazirlər bundan əvvəl noyabrın 14-də telefonla əlaqə saxlayıblar. Ərazçi öz "Teleqram" kanalında erməni həmkarı ilə söhbət zamanı regional vəziyyətlə bağlı İrəvanla Tehran arasında məsləhətləşmələrin davam etməsinin əhəmiyyətini vurğuladıqlarını qeyd edib.

Hürr Tərcüman

 

Избранный
28
hurriyyet.az

1Источники