RU

Almaniyada Şolz dönəminin sonu: Mümkün liderin adı açıqlandı

Olaf Şolz son dərəcə aşağı reytinqinə baxmayaraq, Almaniya Sosial-Demokrat Partiyasından (SPD) kanslerliyə namizəd olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.

Son günlər hazırkı hakim koalisiyaya rəhbərlik edən SPD-nin liderləri fevralda keçiriləcək növbədənkənar seçkilərdə kimin kanslerliyə namizədliyinin irəli sürəcəyi məsələsini müzakirə edirlər.

Hökumətin hazırkı lideri Olaf Şolz yenidən seçilmək istədiyini açıqlayıb, amma o, bütün əsas alman siyasətçiləri arasında ən aşağı reytinqə (31.4 faiz) malikdir. Digər sosial-demokrat, müdafiə naziri Boris Pistorius isə əksinə, ölkədə ən populyar siyasətçidir (52.8 faiz).

SPD-nin nüfuzlu üzvləri və partiyanın regional təşkilatları Pistoriusu dəstəkləyirlər. Amma partiya rəhbərliyindən Şolza dəstək var.

Müdafiə naziri kansler postuna namizəd olmayacağını açıqlayıb.

INSA sorğu institutunun məlumatına görə, Şolz açıq şəkildə digər namizədlərə, mühafizəkar blokdan (CDU/CSU) Fridrix Merz və “Yaşıllar”dan Robert Habekə uduzur.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
15
teleqraf.com

1Источники