RU

Millimizin DÇ-2026-ya gedən yolu - 1 % şans varmı?

Azərbaycan millisi 2024/25 mövsümü UEFA Millətlər Liqası yarışını uğursuz sonluqla başa vurdu.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv C liqasında yarışdığı qrupu 1 xalla sonuncu yerdə tamamladı.

Beləliklə, milli növbəti mövsüm Millətlər Liqasında ən zəif 6 komandanın yarışacağı D liqasında mübarizə aparacaq.

News24.az Sportinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan komandasının bundan sonrakı sınağı isə 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirakı olacaq.

Tarixdə ilk dəfə 3 ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunacaq yarışın final mərhələsinə Avropadan 16 komanda qatılacaq.

Püşkatma və oyunlar nə vaxdır?

Azərbaycan millisinin də oynayacağı DÇ-2026-nın Avropa seçmə mərhələsinə 2025-ci martında start veriləcək, 2026-cı martında isə pley-off oyunları ilə yekun vurulacaq.

Seçmə mərhələdə 12 qrup təşkil ediləcək. Hər qrupda 4 və ya 5 komanda iştirak edəcək.

5komandalı qruplarda oyunlar 2025-ci ilin martında, 4 komandalı qruplarda isə sentyabrda başlanacaq. Rəqiblər bir-birinə qarşı evdə və səfərdə olmaqla 2 oyun keçirəcək. Qrup mərhələsinə 2025-ci ilin noyabrında yekun vurulacaq.

Avropa zonasında seçmə mərhələnin püşkatma mərasimi dekabrın 13-də keçiriləcək. Həmin gün Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

DÇ-2026-ya kimlər gedəcək?

Qrupun qalibi olan 12 komanda DÇ-2026-ya birbaşa vəsiqə qazanacaq. Digər 4 vəsiqə uğrunda isə qrupda 2-ci yeri tutmuş 12 komanda və Millətlər Liqasında ən yaxşı qrup lideri olmuş 4 komanda yarışacaq (əgər onlar seçmə mərhələdə 1-2-ci yeri tutmayıblarsa).

Bu 16 komanda hər birində 4 komanda olmaqla 4 yola bölünəcək. 2026-cı ilin martında təşkil ediləcək pley-off yarışlarında hər yolda hər biri bir oyundan ibarət olan yarımfinal və final matçları təşkil olunacaq. Qaliblər DÇ-2024-ə son 4 vəsiqənin sahibi olacaqlar.


Избранный
3
2
news24.az

3Источники