RU

Luksemburq parlamentinin qətnaməsı reallığı dərk etməmək acizliyinin göstəricisidir

Beynəlxalq birliyin Bakıda planetin üzləşdiyi ən ağrılı problemlərindən olan iqlim dəyişikliyinin nəticələri ilə mübarizəyə dair aktual məsələləri müzakirə etdiyi bir vaxtda Luksembuq Deputatlar Palatasının noyabrın 20-də Azərbaycanı əsassız ittihamlarla hədəfə alan qətnamə qəbul etməsi bu parlamentin reallıq hissini necə itirməsinə bariz nünunədir. 196 dövlət Bakı iqlim platformasında bəşəriyyətin gələcəyinin xilasına yönəlik məsələlərlə məşğuldur, aktual dünya siyasətinin reallığından uzaq düşmüş luksemburq parlamentariləri isə məhz buna ev sahibliyi edən ölkəni-Azərbaycanı yenidən şantaj etməklə məşğuldur.Qətnamədə Azərbaycan Respublikası Prezidentinin hədəf alınması onun COP29-un Liderlər Sammitinin açılış mərasimində və COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışlarında səsləndirdiyi haqqlı və cəsarətli fikirlərindən sonra təəccüb doğurmur. Əksinə faktlar qarşısında aciz qalanların cılızlıq nümayişidir. Müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqq səsinin Azərbaycan Prezidenti tərəfindən belə mötəbər kürsüdə təkziblounmaza faktlar əsasında səsləndirilməsi təbii ki, bu işə məsuliyyət daşıyanları çox cddi narahat edir. Bu neokolonialist qüvvələrin əlində alət olub Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkibi olmaq əvəzinə bu xalqların yanında olmaq Luksemburq parlamentinə daha çox hörmət gətirərdi. Bu təkcə ədalətin dəstəklənməs deyil, həm də beynəlxaql hüquqa hörmətin nümayişi olardı.Qətnamənin mətnindən də göründüyü kimi, ölkəmizə qarşı uzun illərdir qarayaxma kampaniyası aparan müxtəlif maraq qruplarınının istifadə etdikləri ayrı-ayrı mövzuların yenidən ittihamlar və tələblər formasında Luksemburq Parlamentinin Qətnaməsində yer alması ölkəmizin daxili işlərinə kobud müdaxilə cəhdidir.Azərbaycanda hüquqi dövlətçiliyin inkişafını hədəfləyən absurd ittihamlara ən tutarlı cavab yenə COP29 nümunəsindən götürülə bilər. Azərbaycanın “COP Atəşkəsi” təşəbbüsünə 1200 -dən çox təsisat, qeyri-hökuməti təşkilatı, nüfuzlu şəxsiyyətlərin qoşulması həm də ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafının təqdir edilməsidir. Qlobal miqyasda və bütün coğrafi məkanlardan minlərlərlə təsissatları təmsil edən on minlərlə insanın ölkəmizdə fəliyyəti bu abursd ittihamlara ən tutarlı cavabdır.Luksembuq Parlamentinin qətnaməsi eyni zamanda Azərbaycanın suverenliyinə hörmətsizlik nümayişdir. Azərbaycanın Ermənistanın beynəlxalq hüquqa zidd 30 illik işğalına son qoymasından sonra bölgədə yaranan və beynəlxalq hüquqa əsaslanan yeni reallıqları Luksemburq Parlamenti dərk etməkdə hələ də çətinlik çəkir. Məhz Azərbaycan Respublikası Prezidentinin uğurlu hərbi-siyasi və diplomatik kursunun nəticəsində 30 il müddətində Ermənistan tərəfindən pozulan və Luksemburq tərəfindən heç vaxt gündəmə gətirilməmiş beynəlxalq hüququn prinsipləri bərpa edildi, regionda sabitlik və uzunmüddətli sülhün təmini üçün unikal tarixi şərait yarandı.Ermənistanın barbar işğalının nəticələrindən biri də Azərbaycanın 12% ərazisinin 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrində də yer almış, işğal edilmiş ərazilərdən güctətbiq edilərək qovulan və iztirablar yaşamım yüz minlərlə Azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara bu gün də geri qayıda bilmir. Bu insanların haqları isə luksemburqlu parlamentariləri heç vaxt düşündürməmişdir.Parlamentarilərin məlumatsız olduqları məsələlərə dair ədalətsiz və qərəzli mövqe sərgiləmək əvəzinə regionu real məşğul edən məsələlərin həllinə dəstək verməsi Luksemburq Parlamentinə hörmət qazandırar. Ermənpərəst və Azərbaycana qarşı qərəzli mövqeni öz həyat amili hesab edən qüvvələrin aləti kimi istifadə edilmək regionun xalqlarının rifahına, inkişafına və sabitliyin təmininə xdimət etmir.Luksemburq Parlamentinin reallıqları təhrif edən və birtərəfli qətnaməsini qəti şəkildə rədd edir və luksemburqlu həmkarları obyektiv və ədalətli mövqe nümayiş etdirməyə dəvət edirəm.

Rizvan Nəbiyev
Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Избранный
3
6
sesqazeti.az

7Источники