RU

“Sosial yardım üçün verilən müavinət kartım boş çıxıb” – ASTARA SAKİNİ

Astara rayonu, Kijəbə kənd sakini Zülfüqarov Eldəniz Sultanağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sosial yardım üçün verilən müavinət kartındakı pul öncədən çəkilib:

“Mən, Zülfüqarov Eldəniz Sultanağa oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayıram. 30 yanvar 2024-cü ildə ünvanlı sosial yardım üçün müraciət etmişdim. Mənə bildirildi ki, fevralın 15-dən sonra müraciətinizə baxılacaq. Fevralın 16-da getdim, dedilər ki, texniki problemlərə görə, sənədinizə baxılmayıb.

Aprel ayının 23-də evimə baxış keçirdilər. Həmin ayın 29-da isə imtina mesajı gəldi.

Bununla əlaqədar nazirliyin “142” nömrəli qaynar xəttinə zəng etdim. İmtinanın səbəbi kimi bildirdilər ki, ünvanı Kijəbə qəsəbəsi yox, Ojakəran kəndi kimi göstərmisən. Halbuki, mən Kijəbə qəsəbəsi demişdim.

May ayının 1-də yenidən müraciət etdim. Avqust ayının 29-da evimə baxış keçirdilər. Sentyabr ayının 16-da mənə 526 manat sosial müavinət təyin olundu. Oktyabrın 9-da “Kapital bank”dan müavinət kartımı aldım. Amma sentyabrın 1-də kartımın hazırlanması üçün qərar verilmişdi. Oktyabr ayında 2 ayımın müavinətin almalı idim, lakin kart boş çıxdı. Səbəb kimi bildirdilər ki, torpağıma görə 6 ayın rüsmunun eyni vaxtda ödəməliyəm.

Mənim 2 sot torpağım var. Ayda 7 manat ödəyirəm. Xəstəyəm, şəkərəm, belimdə yırtıq var, damarlarım tutulub, ayaqlarıma qan işləmir, yeriməkdə çətinlik çəkirəm. Bunu kimsə nəzərə almır, üstəlik mənim pulumu kəsirlər”.

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamenti ilə əlaqə saxladıq. Məsələnin araşdırılacağıq bildirildi.

Aynurə İSMAYIL

Hurriyyet.az

Избранный
29
1
hurriyyet.az

2Источники