RU

"Qərb bilsin ki, Ukraynanın yalnız bir hissəsi qalacaq" - Lavrov

Qərb ölkələri başa düşməyə başlayıblar ki, Ukraynanın yalnız müəyyən hissəsi qalacaq.

Turkustan.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarus gəncləri ilə görüşündə deyib.

“Bizim xüsusi hərbi əməliyyatımız çevrilişdən 10 il sonra başlayanda, həm Putin, həm də biz hamımız Qərbə onun yanlış istiqamətdə getdiyini, bu qeyri-legitim rejimi dəstəklədiyini və hətta onu içəri sürüklədiyini izah etməyə çalışdıq.

NATO indi deyir ki, Ukrayna NATO-ya qəbul olunmalı idi, onda Rusiya ona hücum etməzdi. İndi vəziyyətin inkişafı üçün bu ssenari müəllifləri başa düşməyə başlayırlar ki, Ukraynanın bir hissəsi qalacaq. Ona görə deyirlər ki, Ukraynanı dərhal NATO- ya qəbul edək, çünki biz Putini bitirməliyik , biz onu bitirməsək, o, bizim hamımıza hücum edəcək”, - deyə Lavrov əlavə edib .

Rusiya XİN rəhbərinin sözlərinə görə , bütün bunlar Qərbin “qarşıdurma məntiqidir”.

Aytən Yaşar/ Turkustan.az

Избранный
17
turkustan.az

1Источники