Merkel “Şimal axını 2” ilə bağlı qərarlarına sadiq olduğunu bildirib
Almaniyanın keçmiş kansleri Angela Merkel “Şimal axını 2” boru kəməri ilə bağlı qərarlarına sadiq qaldığını, onun işini dayandırmasının enerji qiymətlərinin artması şəklində nəticələrinə işarə edərək bildirib.Merkel Der Spiegel jurnalına verdiyi müsahibədə Almaniyanın Krımın Rusiyaya birləşdirilməsindən sonra layihəni dayandırmamasının düzgün olub-olmadığını soruşduqda deyib: “Mən qərarlarıma sadiqəm”. Keçmiş kansler məqsədinin Almaniya iqtisadiyyatını ucuz qazla təmin etmək olduğunu izah edib. "Biz indi yüksək enerji qiymətlərinin ölkəmiz üçün hansı nəticələrinin olduğunu görürük" dedi.