RU

“POLITICO EUROPE"NİN ERMƏNİ NİYYƏTLİ MAHİYYƏTİ

COP29 tədbirlərinin yüksək səviyyədə keçirilməsi xaricdə yuva qurmuşlara yaman pis təsir etməkdədir. Onlar gücü saxta məlumatlara və Makronsayağı şantaj və böhtanlara verirlər...

Elə "Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək...", -deyən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində “Politico”da dərc edilmiş “Avropanın Azərbaycan qazı qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı böhtan xarakterli yazısına münasibət bildirərkən məqalənin dezinformasiya xarakterli olduğunu, Avropa jurnalistikasının, media standartlarının çökdüyünü qeyd edib. Sitat: “POLITICO Europe”ın “Avropanın Azərbaycan qaz qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu, peşəkar faktların yoxlanılmasından məhrumdur və dedi-qodu və şayiələrə əsaslanır. Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, utancvericidir. Avropa İttifaqı qlobal media dezinformasiyalarına qarşı xüsusi həssaslıq və narahatlıqla yanaşır. Bu başa düşüləndir! Bəs Avropa mediası saxta xəbərlər və başqaları haqqında yalanlar yaymaqla məşğul olanda reaksiyalar necə olur?”, - Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev Azərbaycanın 2024-cü ildə Rusiyadan qaz idxal etmədiyini, qaz hasilatının isə beynəlxalq tərəfdaşları ilə birlikdə həyata keçirdiyini vurğulayıb. “Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Azərbaycanın qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamı üçün aydındır. Azərbaycan mövcud resursları və razılaşdırılmış müqavilələri əsasında tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməyə davam edəcək. Biz “POLITICO Europe”ın üzr istəməsini və bu saxta məqaləni geri götürməsini tələb edirik”.

Bəli, Ermənistanın Azərbaycanın ərazilərini 30 il ərzində işğalda saxlamasına susanların səsi indi çıxmaqdadır. Amma əbəs! Azərbaycan indi tamam başqa bir ölkədir-dünyəvidir!

A.Məmmədli 

Избранный
2
13
tezadlar.az

10Источники