RU

Almaniyanın müdafiə naziri kansler olmaq istəmir

Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Sosial Demokrat Partiyasından (SPD) kanslerliyə namizədliyini irəli sürməkdən imtina edib. 

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, o, partiyanın rəsmi "İnstaqram" səhifəsində bəyanat yayıb.

Pistorius paylaşımında hazırkı kansler Olaf Şolzu "görkəmli şəxs" adlandırıb.

"Partiyamızın rəhbərliyinə və parlament qrupuna bildirdim ki, federal kansler vəzifəsinə namizəd ola bilmərəm. Olaf Şolz kimi bizim əla federal kanslerimiz var. Onu güclü lider hesab edir və namizədliyini dəstəkləyirəm", - deyə müdafiə naziri bildirib. 

Gülşən Şərif

Избранный
9
bakivaxti.az

1Источники