RU

Saxta kosmetoloqlarla bağlı aidiyyəti qurumlara məktub ünvanlandı

Saxta kosmetoloqlarla bağlı aidiyyəti qurumlara məktub ünvanlandı

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin (EKMİB) rəhbəri, LBC estetik klinikasının Baş həkimi Rəna Soltanova kosmetologiya sahəsindəki uğurlarla yanaşı problemlərin də olduğunu və təşkilatın nizamnaməsində gözəllik sahəsindəki çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın nəzərdə tutulduğunu bildirib.“Qafqazinfo” xəbər verir ki, bu məqsədlə aidiyyəti qurumlara məktub ünvanlanıb.Məktubda qeyd edilib ki, müvafiq təhsili, lisenziyası və ya sertifikatı olmadan qeyri-peşəkarların göstərdiyi xidmətlərin nəticəsində müştərilərin sağlamlığına dəyən ziyanın qarşısını almaq üçün qanun və ya normativ aktların qəbul olunmasına ehtiyac var. Bəzi prosedurlar üz və bədən anatomiyasının dərin biliklərini tələb edir, lakin bütün kosmetoloqlar bu hazırlığa malik deyillər. (Bütün kosmetoloji prosedurlar, üz ve bədən anatomiyasının dərin biliklərini tələb edir, bunun üçün isə baza ali tibb tehsilinin olmasi labüddür)Peşəkar tibbi təhsilin olmaması və təcrübə çatışmazlığı aşağıdakı nəticələrə səbəb ola bilər: Preparatların düzgün tətbiq edilməməsi; Müştəri üçün uyğun olmayan prosedurların seçilməsi; Müştərilərin dəri tipinə və sağlamlıq vəziyyətinə görə düzgün diaqnozun aparılmaması. (Düzgün diaqnostikanın aparılmaması, anamnezin düzgün toplanmaması və ya heç toplanmaması, pasiyentə uyğun olmayan prosedurların seçilməsi, dəri tipinin düzgün seçilmemesi, inyeksiyanin potensial təhlükəli nahiyələrə yeridilməsi, agırlaşma baş verən zaman müvafiq tədbirin tətbiqinin mümkün olmaması)Kosmetologiya sürətlə inkişaf edən bir sahədir və yeni metodlar və preparatların kifayət qədər araşdırma olmadan bazara daxil edilməsinin qarşısı alınması üçün də tədbirlər görülməlidir. Sertifikatlı və keyfiyyətli preparatlarla həyata keçirilən prosedurlar adətən baha başa gəlir. Buna görə bəzi müştərilər qeyri-peşəkar mütəxəssislərə müraciət edir və ya daha ucuz, lakin təhlükəli xidmətləri seçirlər.Müştərilərin məlumatlandırılmaması da prosedurun nəticəsindən məmnun qalmamalarına və ya ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə, prosedurdan sonra dərinin düzgün qulluq qaydalarını bilməmək ağırlaşmaların yaranma ehtimalını artırır.Etik və mənəvi məsələlər də çox önəmlidir. Belə ki, bəzi kosmetoloqlar insanları erkən yaşlanma qorxusu ilə manipulyasiya etməklə, nəticələri şişirtməklə və mümkün olmayan nəticələri vəd etməklə, lazımsız və ya təsirsiz prosedurları təklif etməklə kosmetologiyaya olan etibar azalır və peşəkarlıq şübhə altına alınır.Müasir media və sosial şəbəkələr vasitəsilə qeyri-real gözəllik standartları formalaşdırılır. Belə ki, insanlarda komplekslər və aşağı özünəinam yaranır və xarici görünüşünü dəyişdirmək üçün kosmetoloqlara lüzumsuz müraciətlər olunur. Özünə, məsləkinə hörmət edən estet həkim pasiyentin hər hansı arzusu ilə məsləhət bilmədiyi prosedur etməkdən imtina etdikdə gedib başqa yerdə həmin proseduru etdirir, sonra da peşman olub yenidən qayıdır peşəkarın yanına.Rəna Soltanova problemlərin həlli istiqamətində hazırladığı təkliflər paketini məktubda qeyd edib və bütün çətinliklərin aradan qaldırılmasına ölkəmizdə hər şəraitin və iradənin olmasına əminliyini vurğulyıb.

Избранный
4
1
afn.az

3Источники