Türkiyə Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, başsağlığında Pakistanın Xayber Paxtunxva əyalətində dünən baş verən terror aktı pislənilib: "Pakistanın Hayber Paxtunxva əyalətində dünən baş verən terror aktını pisləyirik. Hücumda həyatını itirənlərə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir və dost və qardaş Pakistan xalqının yanında olduğumuzu bildiririk. Türkiyə hər zaman terrorla mübarizədə Pakistanla həmrəyliyini davam etdirəcək".
Lamiyə Əhmədli
MİA.AZ