Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ukraynadakı vəziyyətlə bağlı danışıqlar masasına otura biləcəklərini deyib.“Hər şey Tramp və Putinin Ukrayna ilə bağlı danışıqla masası arxasına əyləşəcəklərini göstərir”, – deyə diplomat xarici mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya lideri və Tramp münaqişə ilə bağlı razılığa gəlməyə cəhd edə bilərlər. Eyni zamanda Borrell qeyd edib ki, Vladimir Zelenski Ukraynanın iştirakı olmadan vəziyyətin həllinə razı olmayacaq.Diplomat Kiyevə Rusiya ərazisinin dərinliklərinə hücum etmək üçün silahdan istifadə etməsinə icazə verildiyini xatırladıb: “İndi ABŞ prezidenti Co Bayden administrasiyası bunu seçkilərdən sonra etməyə başlayıb, digər Avropa ölkələri də bunu edib, bəziləri bunu deyir, bəziləri isə etmir”. O, Rusiyanın yeni “Oreşnik” ballistik raketinin istifadəsini “həyəcanverici xəbərdarlıq” adlandırıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта