RU

Körpələri öldürən dəstə ilə bağlı şok faktlar: Reanimasiyadan istifadə edirmişlər...

Türkiyədə körpələrin ölümünə səbəb olan dəstəylə bağlı yeni məlumatlar üzə çıxıb.

Teleqraf.com-un məlumatına görə, dəstə üzvləri sağlam körpələri müqavilə bağladıqları xəstəxanaların reanimasiya şöbələrində qəsdən saxlayaraq, Sosial Müdafiə Qurumundan (SGK) pul alıb və yanlış müalicə nəticəsində çox sayda körpənin ölümünə səbəb olublar.

Körpələr müvafiq tibbi yardım alacaqları xəstəxanalara deyil, 112 Təcili Yardım Xidməti ilə əməkdaşlıq edən və "təşkilat üçün faydalı görünən" şübhəlilərin seçdiyi xəstəxanalara göndəriliblər.

İttihama görə, dəstənin əsas məqsədi körpələri lazımsız yerə reanimasiyada saxlayaraq, qurumdan daha çox pul qazanmaq olub. Lakin infeksiyaya meyilli mühit olan şöbələrə qəbul edilən körpələr ehtiyac olmadığı halda, bu şöbəyə yönəldildikləri üçün dünyasını dəyişiblər. Bakırköy Respublika Prokurorluğunun hazırladığı iddianamədə dəstənin 19 səhiyyə müəssisəsində fəaliyyət göstərdiyi bildirilib. Körpələrin həyatını itirməsinə səbəb olan 47 şübhəlidən 22-si həbs edilib.

Dəstə üzvləri xəstəxanada qanunsuz dərman satmaqla da maddi qazanc əldə ediblər. Dəstənin üzvü, təcili yardım sürücüsü ifadəsində xəstə yönləndirməklə, pul qazandığını etiraf edib.


Müəllif: Şəbnəm Zahir
Избранный
27
teleqraf.com

1Источники