Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib:
“Biz nəzərə almalıyıq ki, öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra Azərbaycan artıq savaşı meydanda deyil, diplomatiya, siyasət, informasiya, təbliğat istiqamətində aparır. Bizə qarşı təzyiqlər bundan sonra da uzun müddət olacaq. Buna hazır olmalıyıq. İnsitutlaşmalıyıq və mütəşəkkil formada təzyiqlərə hazır olmalı, adekvat cavablar verməliyik”.
Əfsanə Kamal
Demokrat.az