RU

Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır » AzadMedia.az


Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

O, 224 kilometrlik Qars-Iğdır-Aralıq-Dilucu yüksəkstandartlı dəmir yolu layihəsinin tenderinin keçirildiyini qeyd edərək gələn ilin ilk aylarında onun icrasına başlayacaqlarını ehtimal edib:

"Məsələn, Beynəlxalq Yol Federasiyasının Dünya Konqresini İstanbulda təşkil etmişdik. Ermənistanın nəqliyyat naziri gəldi, onunla da danışmışdıq. Onların bu marşrutun öz ölkələrindən keçməsi məsələsində istək və iradələrinin olduğunu söyləmək istəyirəm. Bu məsələdə Azərbaycanın nə dediyi bizim üçün qiymətlidir. Biz də ona görə mövqe tutarıq. Digər tərəfdən, layihə üzrə işlərin sürətlə irəlilədiyini deyə bilərik".

Nazir, həmçinin söyləyib ki, Türkiyə dəhliz vasitəsilə Azərbaycan və Türk dünyası ilə birbaşa əlaqəni təmin edəcək.
Избранный
7
7
azadmedia.az

8Источники