RU

Nüvə müharibəsi ssenarisi - Təhlükədən qorunmaq üçün bunker sifariş edənlərin sayı artır

Nüvə

Ukraynada vəziyyətin gərginləşməsindən narahat olan britaniyalılar nüvə müharibəsi təhlükəsindən qorunmaq üçün bunkerlərə sahib olmağa çalışırlar.

Reyting.az
xəbər verir ki, bunu nüvə hücumuna qarşı davamlı bunkerlərin tikintisinə cavabdeh olan Metyu Rayt deyib.

Metyu Rayt daha əvvəl “Star” qəzetinə açıqlamasında qeyd etmişdi ki, “Burroved” şirkətinin altı ay əvvəl işə salınmasına baxmayaraq sifarişlər çoxdur.

Hazırda Metyu sorğuların sayının adətən normal olduğunu, lakin keçən həftə şirkətinin aldığı sorğuların sayının 3 dəfə artdığını söyləyib.



Metyu əvvəllər sığınacaq istəyən insanların apokalipsisə hazırlaşdıqlarını düşünsə də, bunlar sadəcə, ailələrini qorumaq istəyən normal insanlardır. Metyu əlavə edib ki, onun şirkəti gələcəkdə ehtiyac olarsa, qrup sığınacaqları da tikə bilər.

Qeyd olunur ki, Rusiya qüvvələri ilə Qərbin dəstəklədiyi Ukrayna arasında vəziyyətin gərginləşməyə davam etməsindən narahat olan ingilislərin axtardığı sığınacaqlar kifayət qədər bahadır. Orta hesabla bir yeraltı bunker 100.000 funt sterlinqə satılır.

Onu da əlavə edək ki, bu il araşdırmaçı jurnalist Annie Jacobsen “Nüvə müharibəsi: ssenari” kitabında nüvə müharibəsi zamanı baş verə biləcək dəhşətləri ətraflı şəkildə izah edib. Kitabda yazılır ki, ABŞ prezidentinin başlatdığı əks-hücum cəmi 72 dəqiqə ərzində beş milyard insanın məhvi demək olardı.

“Bu, hamımızın yaşadığımız dünyanın reallığıdır”, - yazan müəllif əlavə edib ki, nüvə müharibəsinin sabah da baş verməsi mümkündür.

Kitabda qeyd olunur ki, 180 milyon dərəcə olan, doqquz millik radiusda hər şeyi alovlandıran termonüvə işığının ilk parıltısı, küləyin buldozer effekti, bütün binaların dağıdılması və daha çox yanğınların alovlanması ilə yanaşı, radiasiya insanların ölməsinə səbəb ola bilər.

V. QULİYEV

Избранный
21
reyting.az

1Источники