Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.
Axar.az xəbər verir ki, "ay-ulduzlular" A/B Liqası pley-offunda Macarıstanla üz-üzə gələcək.
Bundan əlavə, Ukrayna Belçika ilə, Avstriya Serbiya ilə, Yunanıstan isə Şotlandiya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.
Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olmuşdu.