"İlk öncə deyiom ki, Azərbaycanın COP29-u təşkil etməyə hazır olması böyük uğurdur. Buna görə çox minnətdaram. Çünki mədən yanacağından asılı ölkələr var. Bizim karbon emissiyasını azaltmağa ehtiyacımız var".
Publika.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında İsveçrə Federal Şurasının üzvü Albert Rösti deyib:
"Düşünürəm ki, COP29 uğurla başa çatacaq. Fikirləşirəm ki, inkişaf etməkdə olan ölkələr təsirləri azaltmağa nail olacaq. Digər tərəfdən, maliyyə məqsədi ilə bağlı mövzular müzakirə edilir və prosesin bərabər həyata keçirilməsi üçün addımlar atılır".