RU

Paşinyan parlament seçkilərinə HAZIRLAŞIR

Ermənistanda ötən həftə ard-arda istefalar yaşanıb. İlk olaraq ölkənin infrastruktur naziri və Dövlət Gəlirləri Komitəsinin rəhbəri - Qnel Sanosyan və Rüstəm Badasyan Baş nazir Nikol Paşinyanla sərt söhbətdən sonra istefa ərizəsi yazıblar. Onlardan sonra Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan da istefa verib. Ardınca İstintaq Komitəsinin rəhbəri Argişti Kərəmyan həmkarlarından nümunə götürüb. Ermənistan Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Korrupsiyaya qarşı Komitəsinin sədri Sasun Xaçaturyan da istefa veriblər.

 

Ermənistanın baş naziri Nikol Paşinyan istefaların ardınca sosial şəbəkələr vasitəsilə Ermənistan xalqına müraciət edib. O, müraciətində yüksək vəzifəli şəxslərin istefalarından bəhs edib. “Əziz həmvətənlər, mətbuatda və sosial şəbəkələrdə gedən kütləvi müzakirələri nəzərə alaraq bildirmək istərdim ki, bir sıra yüksək vəzifəli şəxslərdən vəzifələrini tərk etmələrini xahiş etmişəm. Belə bir xahişlə müraciət etməyimin səbəbləri şəxsi deyil, sistemli xarakter daşıyır ki, bu barədə mən açıq şəkildə demişəm”, - Paşinyan bildirib.

 

İstefaları Modern.az-a şərh edən politoloq Natiq Miri Ermənistandakı kadr dəyişikliklərini belə izah edib:

 

"Ermənistanda kadr dəyişiklikləri tez-tez baş verir. Budəfəki sadəcə olaraq kütləvi xarakter daşısa da, əvvəlki dəyişikliklərdən fərqlənir. Burada əsas hədəf növbəti parlament seçkiləridir. Nikol Paşinyan hökumətdə yenilənmə görüntüsü yaratmaqla korrupsiyaya bylaşmış cəmiyyətdə mənfi yöndə imici olan şəxsləri, artıq Ermənistanda klanlaşmış şəxsləri hakimiyyətdən uzaqlaşdırmaqla həm ictimai rəyi öz tərəfinə çəkir, həm də yeni korrupsiyaya bulaşmamış, ictimai rəydə qeyri-müəyyən olan şəxsləri xüsusilə də qadınları hakimiyyətə cəlb etməklə komandada ciddi təmizlik əməliyyatının aparıldığını ortaya qoyur. Təbii ki, ictimai rəydə bu, müsbət qarşılanacaq.Yəni bu növbəti parlament seçkilərinə hazılıqdır. İstefalar Ermənistanda gərginlik, qarşıdurma kimi dəyərləndirilsə də, Paşinyan özündən əmin şəkildə Vatikana səfər etdi. Bu da dəyişikliklərin əvvəlcədən hazırlanmış planın tərkibi hissəsi olduğunu göstərir".

Politoloq söyləyib ki, bundan iki ay sonra sülh sazişi də imzalansa, onda Ermənistanda növbədənkənar parlament seçkilərinin də şahidi ola bilərik:

 

"Dekabr ayının sonu, yaxud gələn ilin yazına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, artıq növbədənkənar parlament seçkilərinin də şahidi ola bilərik. Məsələ budur. Guya Trampla danışıqdan sonra bu cür kadr dəyişikliklərinə rəvac verilməsi ilə bağlı fikirlər isə həqiqəti əks etdirmir. Çünki Trampla danışıq bir neçə dəqiqə baş tutub və təbrikdən ibarət olub. Lakin Nikol Paşinyan hökumətdə yenilənmə görüntüsü yaratmaqla, yeni yaradılan geosiyasi vəziyyətə hökuməti həm regional, həm də beynəlxalq səviyyədə uyğunlaşdırır. Daxili auditoriyada təmizlənmə görüntüsü yaradır. Korrupsiyaya bulaşmış şəxsləri vəzifədən azad edib. Bu da  korrupsiyaya qarşı vəd etdiyi mübarizəni ortaya qoyur. Bundan bir neçə ay sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanarsa, Paşinyanın 2021-ci il seçkilərində xalqa verdiyi vədi yerinə yetirmiş olacaq. Məhz 2021-ci ildə revanşist qüvvələr Qarabağın qaytarılması ilə əlaqədar iddialar ortaya atıb seçkidə qalib gəlmək istəyirdisə, Paşinyan iki şey vəd etmişdi: Ermənistana sülh və Avropaya inteqrasiya. Sülh müqaviləsi imzalana bilərsə, Paşinyan məhz sülh bayrağı ilə parlament seçkilərinə gedəcək. Ermənistan cəmiyyəyti bu gün müharibə istəmir. Ona görə Nikol Paşinyan təcili olaraq Vatikana getdi və papayla görüşdü. Çünki kilsə ilə bağlı problemi var. Həm bu məsələylə bağlı təminat aldı, həm də gələcək hakimiyyətinə bir növ dəstək qazanmağa cəhd etdi".

Избранный
76
1
modern.az

10Источники