RU

Zelenski məşhur futbolçunu vətən xaini elan etdi - FOTO

Ukrayna prezidenti Vladimir Zelenski ölkəyə xəyanət etmiş 34 nəfərin bütün dövlət mükafatlarından məhrum edilməsi haqqında fərman imzalayıb.

Turkustan.az xəbər verir ki, müvafiq qərar prezidentin saytında dərc olunub.

Siyahıda Ukrayna millisinin və "Zenit"in sabiq üzvü Anatoli Timoşuk da var. O, vətən xaini elan edilənlərin siyahısında yer alıb.

Müharibə başlayandan sonra veteran futbolçu "Zenit"də məşqçi kimi işləməyə davam edib. Timoşuk Rusiyanın Ukraynaya hücumu ilə bağlı heç bir şərh verməyib.

publika.az

Избранный
17
1
turkustan.az

2Источники