RU

Politoloq: Ukraynada qlobal müharibə başlaması ehtimalı var...

Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub...

Samir Hümbətov: “Nəzərə almalıyıq ki, Trampın hakimiyyətə gəlməyinə iki ay qalan müddətdə ABŞ-nin indiki hakimiyyəti bu cür hallara yol verməyə hazırlıqlı idi və bu vaxt qədər Ukraynaya verilən silahlar boşuna verilməmişdi”.

“Düşünürəm ki, Qərb ölkələri məhz Rusiyanın Şimali Koreyadan qoşun gətirməsinə cavab olaraq raket sistemlərindən istifadəyə icazə verdilər”.

Bu sözləri politoloq Samir Hümbətov Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olmasını Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub. Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır:

1.ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verdi;

2.Prezident Vladimir Putin Rusiyanın nüvə doktrinasını təsdiq etdi və dünən Ukraynaya qarşı “Oreşnik” qitələrarası ballistik raketdən istifadə etdi.

Belə görünür ki, artıq Ukrayna müharibəsi qlobal müharibə fazasına daxil olur. Bu fonda III Dünya müharibəsinin başlaması ehtimalını necə dəyərləndirmək olar və bundan sonrakı mərhələdə Ukrayna münaqişəsinin gələcəyi necə görünür?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Ukraynanı silahlandırmaq uzunmüddətli müharibə anlamını daşıyır”.

Artıq vəziyyətin kritik olduğunu nəzərə çatdıran politoloq Poliqon-a açıqlamasında tərəflərin nüvə silahından istifadə olunmasını düşünmədiyini bildirib:

“Tramp seçki ərəfəsində deyirdi ki, əgər prezident seçilsə, ABŞ Ukraynaya hər hansı bir dəstək verməyəcək. Nəzərə almalıyıq ki, Trampın hakimiyyətə gəlməyinə iki ay qalmış ABŞ-ın indiki hakimiyyəti bu cür hallara yol verməyə hazırlıqlı idi və bu vaxt qədər Ukraynaya verilən silahlar boşuna verilməmişdi. Həmin silahlar Rusiyaya qarşı istifadə etmək üçün verilmişdi.

Həm Fransa, həm Böyük Britaniya, həm də ABŞ bilirdi ki, silahlar Ukraynaya verilibsə, demək Ukrayna həmin silahlardan istifadə edəcək. Çünki ərazilərinin surətlə itirilməsinə istəməyən bir dövlət şübhəsiz ki, əlində olan silah-sursatdan, xüsusilə də uzaq mənzilli raketlərdən istifadə etməyə məcburdur. Əlbəttə ki, Fransanın, Böyük Britaniyanın, ABŞ-ın burada edəcəyi bir şey yoxdur. Əksinə müharibənin uzunmüddətli davam etməsi üçün ən optimal variant olaraq, bu cür raket komplekslərinin istifadəsinə icazə verirlər.

Samir Hümbətov: “Həm Fransa, həm Böyük Britaniya, həm də ABŞ bilirdi ki, silahlar Ukraynaya verilibsə, demək Ukrayna həmin silahlardan istifadə edəcək”.

Trampın hakimiyyətə gəldiyi 2 ay ərzində ABŞ müharibəni daha aktiv fazaya keçirə bilər və bunun qarşısını heç Tramp da ala bilməz. Bu cür vəziyyət yarana bilər. Yəni, Ukraynaya müharibəsinin qlobal müharibəyə çevrilməsi ehtimalı mümkündür. Yəni Ukraynanı silahlandırmaq uzunmüddətli müharibə anlamı daşıyır.

Rusiyanın bu müharibədə səhvi o oldu ki, yayılan xəbərlərdə Ukraynadan sonra Rusiyanın hədəfi Şərqi Avropa ölkələrinin olacağı xəbərlərini yaydılar. Əgər indi Ukrayna Rusiyanın ərazisini vurursa, təbii ki, Rusiya da Ukraynanın ərazisini vuracaq. Düşünürəm ki, Qərb ölkələri məhz Rusiyanın Şimali Koreyadan qoşun gətirməsinə cavab olaraq raket sistemlərindən istifadəyə icazə verdilər. Eyni zamanda da Putin nüvə doktrinasını təsdiqlədi. Yəni artıq vəziyyət kritikdir. Amma düşünmürəm ki, nüvə silahından istifadə olunsun”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
25
poliqon.info

1Источники