RU

DİQQƏT! AZƏRBAYCANDA Aliment Fondunun YARADILA BİLƏR - Rəsmi Açıqlama...

Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında 2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata çatdırılması ilə bağlı müzakirə aparılıb. İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır. Aliment məbləğinin artırılması boşanmaların qarşısını almaqda nə dərəcədə effektiv ola bilər? Ümumiyyətlə Aliment ölkədə fondu yaradıla bilərmi?


Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova isə Referans.az" target="_blank">Referans.az- a bildirib ki, uşaqların mənafeyi hər zaman üstün tutulmalıdır. 2024 - cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği 235manat müəyyən edilib. 2025-ci il üçün isə bu məbləğin 246 manat olması gözlənilir.




Azərbaycan qanunvericiliyinə görə hər bir uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Ailə Məcəlləsinin 55.2 maddəsində göstərilir ki, aliment, pensiyala, müavinətlər şəklində uşağa ödaənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamina daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yəni, alimentin təyin edilməsinin əsas mahiyyati uşağın ehtiyaclarının ödənilməsidir.



Millət vəkili bildirib ki, boşanmaq heç bir halda nə qadını nə də kişini valideynlik vəzifəsindən və məsuliyyətindən azad etmir. Əksinə, onlar elə etməlidirlər ki, bu hadisə uşaqların həyatına, təhsilinə, sağlamlığına zərar vurmasın.



Deputat onu da qeyd edib ki, bir çox borclular aylarla, bəzən illərlə aliment ödəməkdən yayınırlar. Övladını təkbaşına böyüdən, bir çox hallada işləməyən və ümidini alimentə bağlayan anaların və himayədə olan uşaqların hüquqlarının müdafiəsi cəmiyyətdə ciddi problemə çevrilməkdədir. Ona görə də Aliment Fondunun yaradılmasına ehtiyac var. Qeyd edim ki, bununla bağlı, beynəlxalq təcrübə var və bir çox ölkələrdə İspaniya, İsveç, Latviya, Estoniya və digər ölkələrdə Aliment Fondu yaradılıb. Rusiya və Qazaxıstanda müzakirələr aparılır.



"Bildiyiniz kimi, ölkəmizdə uşaq hüquqlarinın müdafiəsi sahəsində güclü qanunvericilik bazası var və qanunvericiliyimiz zamanın tələbinə uyğun olaraq təkmilləşir və inkişaf edir. Burada əsas məsələ uşaqlara layiqli həyat yaşatmaq, onların hüquqlarını qorumaqdır",- deyə komitə sədri əlavə edib.



Parlamentin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev Referans.az" target="_blank">Referans.az- ın suallarını cavablandırıb. Millət vəkili bildirib ki, alimentin məbləği uşaqların yaşayış minimumunun məbləğində olur. Bundan aşağı məbləğ uşaqların sosial təminatı üçün uyğun deyil. Buna görə də gələn il üçün aliment məbləğinin artırılması təklifi normal təklifdir. 


Millət vəkili İqtisadiyyat Nazirliyinin də bu məsələ ilə bağlı mövqeyini şərh edərkən bildirib ki, bu təbii prosesdir. Çünki hər il yaşayış minimumunun məbləği artır. 




Millət vəkili hesab edir ki, alimentin məbləğinin artırılmasının boşanmaların sayının azalmasına təsir etməyəcək. Hətta Aliment Fondunun yaradılması da məsuliyyətsiz valideynlərin təsirlərini azalda bilər. 


"Amma istənilən halda Aliment Fondunun yaradılması uşaqların xeyrinə olan bir məsələdir.  Bu istiqamətdə müəyyən danışıqlar gedir. Hər bir halda uşaqların hüquqlarının müdafiəsi ən vacib məsələ olaraq nəzərə alınmalıdır",- deyə millət vəkili qeyd edib.



Bünyamin Bünyadzadə

Referans.az 

Избранный
28
referans.az

1Источники