RU

Rusiya Ukraynanı qitələrarası ballistik raketlərlə vurdu - İLK DƏFƏ

Rusiya Ukraynanın son addımlarına qitələrarası ballistik raketlərlə cavab verib. 

 

Sfera.az bildirir ki, hadisələrdən sonra Almaniya kansleri Olaf Şolts bunu müharibədə “dəhşətli eskalasiya” kimi qiymətləndirib.

 

Şolts bildirib ki, ballistik raketin istifadəsi müharibənin nə qədər təhlükəli olduğunu göstərib.

 

“Putinin orta mənzilli raketlərdən istifadə etməsi gərginliyi artırıb”, - Şolts vurğulayıb.

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin gücləndirilmiş nüvə doktrinasını imzaladıqdan sonra Ukrayna ABŞ-dən tədarük edilən ATACMS raketləri ilə sərhəddən 115 km uzaqlıqdakı hədəfləri vurduğunu açıqlayıb. Kiyev daha sonra İngiltərənin göndərdiyi "Storm Shadow" raketlərindən istifadə etdiyini bildirib. Putin isə xalqa müraciətində ABŞ və Britaniya istehsalı olan raketlərin Rusiya ərazisini vurmasına qitələrarası ballistik raketlə cavab verdiklərini deyib.

 

Günay 

Избранный
12
sfera.az

1Источники