RU

Çin ABŞ və Avropanın başağrısına çevrilir - Rəqabət GÜCLƏNİR

Çin dünya elektrikli avtomobil bazarında sürətlə payını artırır. Bu, Çinin elektrikli avtomobil istehsalı və ixracında aparıcı qüvvəyə çevrilməsinə imkan yaradır və Çinlə ənənəvi avtomobil istehsalçıları arasında rəqabəti gücləndirir.

 

Sfera.az xəbər verir ki, elektrikli avtomobil ixracında 2018-ci ildə ABŞ qlobal ixrac dəyərinin 30%-dən çoxunu təşkil edirdi və dünyanın ən böyük ixracatçısı idi.

 

2022-ci ildən başlayaraq ABŞ-nin qlobal ixracda payının 7%-dən aşağı düşməsi fonunda Almaniyanın payı eyni dövrdə 17%-dən 30%-ə qədər, Çinin payı isə 1%-dən 20%-ə qədər yüksəldi. İxrac paylarındakı bu dəyişikliklər Yaponiya, Almaniya, Koreya və ABŞ kimi ənənəvi avtomobil güc mərkəzlərinin Çinin güclü rəqabəti ilə üzləşdiyini əks etdirir.

 

Qeyd edək ki, 2018-ci ildə Çin bu avtomobillər üzrə ikinci idxalatçı ölkə olduğu halda, 2023-cü ildə əsas istehsalçılar sırasına daxil olub. Buna görə də inkişaf etmiş ölkələr Çinin elektrikli avtomobillərinə qarşı sərt tədbirlər görürlər. Bu ölkələr tərəfindən ticarətdəki dəyişikliklər Çinin elektrik avtomobillərinin əsas istehsalçısı və ixracatçısı kimi yüksəlməsinə mane olmaqdadır.

 

Belə ki, cari ildə Çindən idxal olunan elektrik avtomobilləri (eləcə də müvafiq batareyalar) üçün tarif dərəcəsini ABŞ 25%-dən 100%-ə (batareyalar üzrə 7,5%-dən 25%-ə), Avropa ölkələri isə 17,4%-dən 37,6%-ə yüksəldib. Tariflər yerli sənayeni qorumaq üçün tətbiq edilsə də, bu addımların həmin iqtisadiyyatlara, eləcə də elektrikli avtomobillər sənayesinə mənfi təsir edəcəyi gözlənilir.

 

Vasif

Sfera.az

 

Избранный
12
sfera.az

1Источники