RU

Putinin qarşısıalınmaz raketi: “ABŞ da dayandıra bilməyəcək”

Rusiya ordusunun dünən Ukraynanın Dnepr şəhərinə atdığı “Oreşnik” raketi Moskvanın uzun müddətdir üzərində işlədiyi ən son silahlarından biridir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general İqor Romanenko deyib.

“Məlumat var ki, ruslar bu ilin oktyabrında istehsal etdikləri sistemləri raket alayına təhvil veriblər və döyüş növbəsinə çıxarıblar. Bura ortamənzilli, hipersəs və ballistik raketlər daxil ola bilər”, - general vurğulayıb.

Romanenko Rusiyanın son hücumlarda “Rubej” qitələrarası raketindən istifadə edə biləcəyini də iddia edib.

General Rusiyanın hazırda Ukraynaya qarşı belə raketlərdən istifadə etməsinin səbəbini də açıqlayıb:

“Bu, Putinin strateji səviyyəli cavabıdır. Bu, sadəcə bir tətbiq deyil, həm də onun mesajıdır. Putin mesaj verir ki, bu, ATACMS və “Storm Shadow”un istifadəsinə qoyulan qadağaların aradan qaldırılmasına cavabdır”.

Ukrayna Hərbi Hava Qüvvələri dünən Rusiyanın Dnepri qitələrarası ballistik raketlə vurduğunu bəyan edib. Kiyev raketin növü barədə rəsmi məlumat verməsə də, Putin hücumun Rusiyanın ən son “Oreşnik” raketi ilə həyata keçirildiyini açıqlayıb. Rusiya lideri ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin səsdən 10 qat sürətlə uçduğunu söylədiyi yeni raketi dayandırmaqda aciz qalacağı barədə xəbərdarlıq edib.

“Defense Express” yazır ki, əvvəllər bu ad ictimaiyyətə məlum deyildi. Söhbət həm də rusların son hücumlarda istifadə etdikləri iddia olunan RS-26 “Rubej” qitələrarası ballistik raketindən gedir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
51
1
teleqraf.com

10Источники