RU

Plastik “cərrahlar” qalmaqalı böyüyür: “Qənirə pul alıb paylaşıb” – İDDİA – FOTO

Xəbər verdiyimiz kimi, ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bir müddət öncə öz instaqram hesabında Azərbaycanda plastik-cərrah və kosmetoloq kimi fəaliyyət göstərən həkimlərlə bağlı paylaşımı diqqət çəkmişdi. O, əlliyə yaxın həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu iddia edib.

Milli.Az xəbər verir ki, həmin hadisədən sonra onun profilinə hücum olunaraq bağlanılsa da artıq hesabı açılıb.

O, profilində ona dəstək olan şəxsləri paylaşaraq haqqında çıxan bəzi məlumatları inkar edib.

Belə ki, aparıcı Nazilə Səfərli məsələyə bildirdiyi şərh gündəm olub. Nazilə Səfərli juralist Qənirə Ataşova ilə yazışmalarını yayaraq onu pul alıb paylaşım etməkdə günahlandırıb.

Nazilə öz instaqram hesabında ” “Mən saxta həkimləri müdafiə etməmişəm, əsl həkimlərin saxtalarla eyni siyahıda olmasına etiraz etmişəm. Xaricdə oturub, pul gücünə vətənin yaxşısını qoyub yamanını danışan blogerə demək istəyirəm ki, bu, xainlikdir, peşəkarlar belə etməz”.

Ataşova isə onun adından yayılan yazışmalar tamamilə saxtadır və fotoşopla düzəldildiyini bildirib:

“Əziz dostlar,haqqımda paylaşılan “yazışma” görüntüləri tamamilə saxtadır və fotoshopla düzəldilib. Azərbaycanda saxta plastik cərrahlarla bağlı apardığım mübarizə hər kəsə bəllidir. Bu mübarizəm onlara çox ağır gəlib və indi mənim nüfuzumu zədələmək üçün belə ucuz yollara əl atırlar.Əgər bu görüntülər fotoshop deyilsə, onların videoscreen paylaşmasını tələb edirəm! Sadəcə şəkil yox, tam bir ekran videosu çəkərək bunu sübut etsinlər. O screendə mənim izləyicilərim və paylaşımlarım hər şey əks niyə olunmayıb? Çünki diplomunuz kimi əməlinizdə fakedir.. Təəssüf ki, Azərbaycanda bəzi özünü plastik cərrah adlandıran insanlar təkcə plastik cərrah yox, həm də mafiyalaşmış qruplaşma kimi fəaliyyət göstərirlər. Onlar elmə yox, cahilliyə və öz mənfəətlərinə xidmət edirlər. Bu saxta həkimlər rezidentura təhsili almadan, yalnız saxta sertifikatlarla özlərini cərrah kimi təqdim edirlər. İnsanlarımızın sağlamlığını riskə atan bu şəxslərlə mübarizəmi davam etdirəcəyəm, çünki bu, mənim vicdan və ədalət borcumdur. Onların dövlətə ödəmədiyi vergilərini də hamıya XATIRLADIM!”

Избранный
11
1
editor.az

2Источники