RU

77 saxta domen aşkar edilib

Fins.az - Bu ilin yanvar-sentyabr ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, kiberkəşfiyyat imkanlarından istifadə edərək dövlət qurumlarının domenlərinə (gov.az) bənzədilən 77 saxta domen aşkar edib və bloklayıb.

Dövlət Xidmətinin məlumatına görə, bu domenlərin 53-ü III rübün payına düşür. Yanvar-oktyabr aylarında isə Dövlət Xidməti "AzStateNet" şəbəkəsi üzərində 679 milyon 430 min zərərli keçidi bloklayıb. Həmçinin, qurum son istifadəçilərdə quraşdırılmış mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 818 min 400 zərərli proqramı, kompüter və proqram təhlükəsizliyi sahəsində əhəmiyyətli bir konsept olan "Sandbox" mühafizə sistemi ilə isə 185 min 163 zərərli tərkibli elektron sənədi blok edib.

Bu addımlar, ölkənin kiber təhlükəsizliyini təmin etmək və dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücumların qarşısını almaq məqsədi daşıyır.

Избранный
30
25
fins.az

10Источники