RU

Azərbaycanlı jurnalistin qızı Türkiyədə 10 min nəfər arasında 1-ci oldu

Türkiyədə təşkil olunan və dünya üzrə 9 813 şagirdin iştirak etdiyi 2024 TR - YÖS/2 imtahanında azərbaycanlı şagird Gülcan Niftəli 1-ci yeri tutub. O, 500 tam bal toplayıb.

Gülcan Niftəli Bakı Türk Liseyinin 11-ci sinif şagirdidir.

Modern.az xəbər verir ki, bu barədə Bakı Türk Liseyinin direktoru Kadir Bektaşoğlu bildirib.

Qeyd edək ki, Gülcan Niftəli ASAN xidmət-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyevin qızıdır.

"Bunu yazarkən keçirdiyim xoş hissləri, yaşadığım qüruru sözlərlə ifadə etmək mümkünsüzdür. İllərlə çəkilən zəhmət hər zaman bəhrə verir. Necə ki, Gülcan qızım bunu ən yüksək səviyyədə sübut etdi”, - deyə Elnur Niftəliyev sevincini sosial şəbəkədə bölüşüb.

Избранный
24
modern.az

1Источники