RU

Müharibə yeni mərhələyə keçib: Qarşıdurmada Qərb strateji qələbə çalacaq

Britaniyanın “Ekonomist” jurnalı yazıb ki, Ukraynanın “Yujmaş” müəssisəsinin ərazisinə “Oreşnik” orta mənzilli ballistik raketinin döyüş sınağı Rusiyanın Qərb ölkələrini Ukrayna münaqişəsində iştirakını gücləndirməkdən çəkinməyə inandırmaq cəhdi idi.
Sözügedən nəşr qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin ötəngünkü video-müraciətinin əsas auditoriyası, görünür, münaqişəyə “yanaşmasını formalaşdıran” ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası olub:
“Beləliklə, noyabrın 19-da yeni nüvə doktrinasını dərc edən Moskva xəbərdarlıq edir ki, Kiyev və Qərbin hərbi səylərinə cavab olaraq stavkanı artıra bilər”.
Jurnal həmçinin iddia edib ki, “Oreşnik”in tətbiqi raketlərdən istifadə etməklə hərbi əməliyyatların yeni dövrünün bir hissəsidir.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Putin ballistik raketlə Qərbi çəkindirəcəyini düşünürdü:

"Ukraynanın “Oreşnik” orta mənzilli ballistik raketi ilə vurulması, uzaqmənzilli “ATACMS” raketləri ilə Rusiyanın dərinliklərinin vurulmasına cavab idi. Putin bununla Qərbi xüsusilə ABŞ-ni çəkindirəcəyini düşünürdü. Lakin göründüyü kimi Qərb Ukraynaya dəstəyi daha da artırır. Bu yalnız Rusiya və Ukrayna arasındakı bir savaş deyil. Bu Rusiyanın başında olduğu Şərq koalisiyasının, ABŞ başda olmaqla Qərb koalisiyası ilə olan savaşıdır. Hesab edirəm ki, qarşıdurmada Qərb strateji qələbə çalacaq".

Ekspert əlavə edib ki, ballistik raketlərin tətbiqi müharibəni yeni mərhələsinə keçid kimi dəyərləndirilə bilər: 
"Ukrayna Silahlı Qüvvələri yanvar ayına kimi, yəni Trampın vəzifəsinin icrasına başlamasına kimi Rusiya üzərində müəyyən strateji, taktiki üstünlük qazanıb, problemi danışıq masasında həll etməyə çalışmalıdır. Çünki Tramp vəzifəsini icra etməyə başlayandan sonra proseslər daha da dağıdıcı müstəviyə keçə bilər".

Yusif Sultanoğlu
Избранный
23
sherg.az

1Источники