RU

“Putinin təhdidi çarəzislik əlamətidir” - Röpke

Putinin Qərb ölkələrini onların hərbi obyektlərinə hücum edə biləcəyi ilə hədələməsi çarəsizliyin əlamətidir.

“AzPolitika” xəbər verir ki, bunu “BILD” nəşrinin tanınmış hərbi analitiki Julian Röpke deyib.

Yada salaq ki, Putin Dnepr şəhərinin “Oreşnik” raketi ilə vurulduğunu açıqlayıb. O, bunu “döyüş şəraitində sınaq” adlandırıb.

Röpke deyib ki, bu zərbə çarəsizlikdən irəli gəlir: "Kremlin güc nümayişinə bənzəyən addımı əslində çarəsizlik əlamətidir. Çünki Putinin ordusu Ukraynanın Dnepr şəhərinə hücum edə biləcək yüzlərlə silah sisteminə malikdir. Bunun əvəzində Rusiya hökmdarı 1000 km məsafədə yerləşən Həştərxan vilayətindən çoxmilyonluq test raketi buraxdı”.

Onun dediyinə görə, Putinin əsl məqsədi bəllidir: "Məqsəd Qərb tərəfdaşları arasında qorxu və dəhşət səpməkdir ki, onlar Ukraynaya hərbi yardımı dayandırsınlar. Lakin Ukrayna 32 aydır cəsarətlə və uğurla müqavimət göstərir, ona görə də bu rüsvayçı hesablama işə yaramamalıdır. Bunun əvəzinə Putinin təbliğat raketindən sonra Qərb hər zamankından daha artıq kömək etməlidir”.

“AzPolitika.info”

Избранный
45
azpolitika.info

1Источники