"Barselona"nın hücumçusu Robert Levandovski “Mançester Yunayted”ə keçə bilərmiş.
Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, polşalı 2012-ci ildə "Mançester Yunayted"ə keçməyə razılaşdığını, lakin transferin son anda baş tutmadığını bildirib:
“Borussiya”nın(Dortmund) prezidenti ilə danışmışdım. Mənə ehtiyaclarının olduğunu və məni “Mançester Yunayted”ə satmaq fikrində olmadığını da bildirdi. Çünki o zaman uyğun vaxt da deyildi. Amma o vaxt mən “Mançester Yunayted”ə “hə” demişdim. Çünki Aleks Ferqyuson zəng edirsə, “yox” deyə bilməzsiniz. Düzü, mən Dortmundda xoşbəxt idim, amma o vaxt “Mançester Yunayted”in ən parlaq vaxtı idi. Ona görə də razılaşmışdım. Lakin keçid alınmamışdı”.
36 yaşlı hücumçu “Lex”, “Borussiya”(Dortmund), “Bavariya” klublarında oynayıb.
saytlarin hazirlanmasi