RU

Ermənistan Azərbaycanla "Transsərhəd çaylar" əməkdaşlığında maraqlı deyil...

Image

Ermənistan Xarici İşlər Nazirliyi transsərhəd su ehtiyatlarının idarə edilməsində Azərbaycanla əməkdaşlıq iddialarını təkzib edib. Bu şərh Sputnik Ermənistan-ın ABŞ-ın Bakıdakı səfiri Mark Libbinin açıqlamaları ilə bağlı sorğusuna cavab olaraq verilib.

Daha əvvəl diplomat bildirib ki, Ermənistan və Azərbaycan mütəxəssisləri transsərhəd çayların ehtiyatlarının idarə olunmasının kompleks sxeminin yaradılması üzərində birgə işləyirlər. Lakin Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib. “Ermənistanla Azərbaycan arasında bu sahədə heç bir rəsmi əlaqə yoxdur. Bu mövzuda təmaslar iki ölkənin ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətlə məhdudlaşıb”, - deyə şöbədən bildirilib.

Maraqlıdır, Ermənistan Azərbaycanla su ehtiyatlarının idarə edilməsində əməkdaşlıqdan nədən yayınır? Bu münaqişə ilə bağlıdı, yoxsa başqa səbəblər var?

Çingiz İsmayılov: "Hələ sovetlər dönəmində ermənilər Arazın qolu olan Oxçuçayı Zəngəzur Mis-Molibden Kombinatının tullantıları ilə fəlakətli ekoloji zonaya çeviriblər"

Sualımızı cavablandıran ekoloq Çingiz İsmayılov bildirdi ki, dünyada bir qayda olaraq bir neçə ölkənin ərazisindən keçən çayların suyundan istifadəyə dair dövlətlərarası razılaşma sazişi bağlanır: "Bu, beynəlxalq su konvensiyasının tələbidir və konvensiyanin muqavilə standartlarına də tələblər var. Yəni protokol qaydalar mövcuddur. Lakin Ermənistan münaqişədən əvvəl də, münaqişə dönəmində də, münaqişədən sonra da Azərbaycan bu məsələni qaldıranda həmişə bundan qaçıb. Araz çayının qolları Ermənistan ərazisindən gəldiyi üçün Azərbaycan maraqlıdır ki, İrəvanla su ehtiyatlarının idarə edilməsinə dair əməkdaşlıq barədə saziş imzalansın. Bu saziş yalnız suyun istifadəsini deyil, eyni zamanda suyun keyfiyyətinin idarə edilməsini də nəzərdə tutur. Çünki hamıya bəllidir ki, hələ sovetlər dönəmində ermənilər Araz çayının qolu olan Oxçuçayı Zəngəzur Mis-Molibden Kombinatının tullantıları ilə fəlakətli ekoloji zonaya çeviriblər. Heç olmasa indi su ehtiyatlarının idarə edilməsı üzrə dövlətlərarası anlaşma sazişi imzalamalıdır. Lakin ermənilər yenə bundan qaçırlar.

Ermənilər Azərbaycanın maraqlarına zərər verən addımlar atmaqda həmişə fərqləniblər. Ona görə də bu heç təəccüblü deyil. Bu, müharibə ilə bağlı deyil, onların davranışı əvvəllər də belə olub. Lakin bu, beynəlxalq səviyyədə qaldırılmalıdır. Çünki Azərbaycan Rusiya ilə Samur cayı ilə bağlı, İranla isə Araz çayı ilə bağlı su ehtiyatlarının idarə edilməsinə dair razılaşma sazişi bağlayıb. Düzdür, Gürcüstanla Kür çayının suyunun idarə edilməsinə dair bütün məsələlər həll edilməyib, amma müəyyən razılaşmalar var və proses davam edir. Lakin Ermənistanla bu sahədə heç bir razılaşma yoxdur və bunun başlıca səbəbi rəsmi İrəvanın razılaşmadan qaçmasıdır".

Məlumdur ki, Ermənistanın bu məsələdən qaçmasının əsas səbəbi transsərhəd çaylarının aşırı dərəcədə çirkləndirilməsidur. Ermənistan bu sazişə imza atsa, beynəlxalq su konvensiyasının tələblərinə görə transsərhəd çayların çirkləndirilməsini dayandırmalı və çirkləndirdiyi çayları təmizləməlidir. Təkçə Oxçuçayda ekoloji fəlakəti aradan qaldırmaq üçün milyonlarla dollar vəsaitə ehtiyac var.

Fikrət Cəfərov: "Azərbaycan beynəlxalq su  konvensiyasına qoşulsa da,  nə Ermənistan, nə də Gürcüstan bu konvensiyaya qoşulub"

Ekoloq Fikrət Cəfərov isə bildirdi ki, sözügedən sazişi imzalamaq üçün Ermənistan konkret öhdəliklər götürməlidir: "Bu öhdəlikləri yerinə yetirmək üçün isə külli miqdarda vəsait lazımdır. Ermənistanın iqtisadi durumu bu öhdəlikləri üzərinə göturüb, çayların suyunun təmizlənməsi ilə bağlı böyük layihələri maliyyələşdirməyə imkan vermir.

Digər tərəfdən, transserhəd çay sularının mühafizəsi və təmizliyinin qorunmasını nəzərdə tutan beynəlxalq su konvensiyası var. Azərbaycan beynəlxalq su konvensiyasına qoşulsa da, nə Ermənistan, nə də Gürcüstan bu konvensiyaya qoşulub. Ona gorə də biz heç cür Kür və Araz çaylarının suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün bu ölkələrlə əməkdaşlıq edə bilmirik.

Fikrimizcə, burada siyasi məsələ yoxdur. Ermənistan çox yaxşı başa düşür ki, bu məsələdə əməkdaşlıq edib öhdəlikləri götürsə, bu öhdəlikləri yerinə yetirə bilməyəcək. Ona görə də nə konvensiyaya qoşulur, nə də bizimlə əməkdaslıq etmək istəyir".

Dəniz NƏSİRLİ





Избранный
35
baki-xeber.com

1Источники