RU

Politoloq: COP29-un keçirilməsinə qarşı Fransa və Ermənistanın böhtan qarayaxma kompaniyası bir nəticə vermədi...

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırmaq üzrədir...

İlyas Hüseynov: “COP29 sammiti kifayət qədər böyük uğurla davam edir. Hətta, iqlim razılaşması ilə bağlı razılaşmaların əldə olunması üçün müzakirələrin davam etdirilməsi ehtimalı da güclüdür”.

“Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycanın həyata keçirdiyi tədbir və müzakirə platformasının yaradılması xarici qonaqlar tərəfindən də ən yüksək səviyyədə təqdir edilir”.

Bu sözləri politoloq İlyas Hüseynov COP29 konfransını Poliqon-a şərh edərkən qeyd edib.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işini başa çatdırmaq üzrədir.

Demək olarmı ki, 10 gündən artıq dünyanın diqqət mərkəzində olan Bakının ev sahibliyi etdiyi bu dəfəki COP səmərəli keçdi? Fransanın və erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı aparılan çirkin təbliğat hər hansı bir nəticə verdimi?

Mövzunu Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İqlim razılaşmanın ədə olunması ilə bağlı yekun razılıq, həm də Paris iqlim sazişinə uyğun olaraq müvafiq addımların həmrəy şəkildə konsensus olmasının formalaşması Azərbaycanın uğurlarını daha da genişləndirəcək”.

Azərbaycan böyük uğura nail olduğunu düşünən politoloq Poliqon-a bildirib ki, ayrı-ayrı coğrafiyalarda iqlim dəyişikliyi ilə bağlı yaranan problemlər, çətinliklər rahatlıqla dilə gətirildi və ayrı-ayrı dövlətlər burada öz innovasiyaları, uğurları, həyata keçirdikləri fəaliyyət barədə gediş məlumat verə bilirdilər:

“COP29 sammiti kifayət qədər böyük uğurla davam edir. Hətta, iqlim razılaşması ilə bağlı razılaşmaların əldə olunması üçün müzakirələrin davam etdirilməsi ehtimalı da güclüdür. Hesab edirəm ki, bu xüsusda müvafiq addımlar atılacaq.

Eyni zamanda məhz ölkəmiz əleyhinə COP29-un keçirilməsinə qarşı Fransa və Ermənistanın böhtan qarayaxma kompaniyası da bir nəticə vermədi. Çünki 80-dən artıq prezident, vitse-prezident və baş nazir burada iştirak edirdi. 80 minə yaxın iştirakçı, nümayəndə heyyəti Azərbaycana gəlib. 196 dövlətin nümayəndəsinin Azərbaycana gəlməsi belə bir məna kəsb edir ki, bu tədbirdə bütün dünya birliyi iştirak edir. Çirkin qarayaxma kompaniyasının həyata keçməsi şübhəsiz ki, həmin ölkələri məyus etdi.

İlyas Hüseynov: “Çirkin qarayaxma kompaniyasının həyata keçməməsi şübhəsiz ki, həmin ölkələri məyus etdi”.

Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycanın həyata keçirdiyi tədbir və müzakirə platformasının yaradılması xarici qonaqlar tərəfindən də ən yüksək səviyyədə təqdir edilir. Ayrı-ayrı COP tədbirləri ilə müqayisədə bunu aydın şəkildə görmək olur. Bu baxımdan, Azərbaycan böyük uğura nail oldu. Çünki ayrı-ayrı coğrafiyalarda iqlim dəyişikliyi ilə bağlı yaranan problemlər, çətinliklər rahatlıqla dilə gətirildi və ayrı-ayrı dövlətlər burada öz innovasiyaları, uğurları, həyata keçirdikləri fəaliyyət barədə gediş məlumat verə bilirdilər. Bunun özü böyük nəticədir.

Digər tərəfdən, iqlim razılaşmanın ədə olunması ilə bağlı yekun razılıq, həm də Paris iqlim sazişinə uyğun olaraq müvafiq addımların həmrəy şəkildə konsensus olmasının formalaşması Azərbaycanın uğurlarını daha da genişləndirəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
34
1
poliqon.info

2Источники