“Bakıda keçirilən COP29 Liderlər Zirvəsində ətraf mühit və iqlim dəyişiklikləri məsələlərinin qorxuducu həddə çatdığını bir daha yaxından gördük”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunun rəsmi açılış mərasimində bildirib.
O bildirib ki, ötən əsrdə bir damla nefti, axan insan qanından daha dəyərli sayan materialist zehniyyət dünyanın çox əzab çəkməsinə səbəb olub: “Afrikadan Asiya, Latın Amerikasına qədər getdiyimiz hər bölgədə gözünü pul, qızıl və gümüş bürümüş anlayışın arxasında qoyduğu dərin ağrılara rast gəlirik. Müstəmləkəçilər yalnız insanları qətlə yetirmədilər. Onlar milyonlarla məsum insanla bərabər, böyük bir ətraf mühit qətliamı da törətdilər.
Diktatorlar, çevrilişçilər və zülmkarlar tərəfindən enerji mənbələri idarə edilərkən, insan həyatı, azadlıqlar və ədalət heç sayıldı. XXI əsrdə istismara və tamaha əsaslanan bu amansız sistemin davam etməsi mümkün deyil. İnsana və ətraf mühitə lazım olan dəyər verilmədən, dünyada sülh və əmin-amanlıq təmin oluna bilməz”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта