RU

"Milan" məhkəmədə Bobana uduzub

Zvonimir Boban məhkəmədə keçmiç klubu "Milan"a qalib gəlib.

İdman.biz xəbər verir ki, İtaliya təmsilçisi xorvatiyalı mütəxəssisə 4,8 milyon avro kompensasiya ödəyəcək.

Boban 2019-2020-ci illərdə "Milan"da idman direktoru vəzifəsində çalışıb. Milanlıların CEO-su İvan Qazidisin onu klubun imicini zədələdiyi üçün komandadan qovulduğunu bildirmişdi. Bu fikirlə olmayan xorvatiyalı klubu məhkəməyə verib və onun lehinə qərar çıxarılıb.

Qeyd edək ki, Zvonimir futbolçu kimi də "rossonoyerlilər"in heyətində çıxış edib. O, "qırmızı-qara" formada 178 oyunda 21 qol vurub.

İdman.biz

Избранный
17
idman.biz

1Источники