RU

"Bu hücum beynəlxalq hüquqa ziddir" - Rusiya

Rusiya İsrailin Suriyanın Palmira şəhərinə hava zərbələrini qətiyyətlə pisləyib.   Manset.az İnterfax-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Maria Zaxarova açıqlama verib.  "Bu hücumu qətiyyətlə pisləyirik, nəticədə Suriya hakimiyyətinin məlumatına görə, 36 nəfər həlak olub və 50-dən çox insan yaralanıb, yaşayış binalarında əhəmiyyətli dağıntılar yaranıb". Smo­lensk meydanında vurğulanıb ki, "İsrailin Suriyada həyata keçirdiyi bu hərbi əməliyyat və ona qədər baş vermiş bütün belə hücumlar, Suriyanın suverenliyinin ciddi şəkildə pozulması və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır". Qeyd edək ki, ötən gün isə Suriyanın dövlət orqanları İsrailin aviаsiyasının Palmira şəhəri və Homs vilayətinin ətraflarına zərbələr endirdiyini açıqlayıb.

Manşet.az

Избранный
21
manset.az

1Источники