Türkiyənin "Oruç Reis" seysmik tədqiqat gəmisi Somali sahillərində neft və qaz kəşfiyyatına başlayıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyip Ərdoğan İstanbulda keçirilən I Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, gəmi üç sahədə fəaliyyətə başlayıb.
Tədqiqatların aparılacağı sahələrin ümumi ərazisi təxminən 5 min kvadratkilometrdir.
Türkiyə və Somali bu lin mart ayında neft və qaz ehtiyatlarının öyrənilməsi sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıb.