RU

BMT ilin əvvəlindən bu yana 281 yardım işçisinin öldüyünü bildirib

2024-cü il yardım təşkilatları üçün ən ölümcül il olub və yanvar ayından bu yana onların 280-dən çox işçisi öldürülüb. Bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) rəsmi nümayəndəsi Yens Larke bildirib.

"2024-cü il dünyada humanitar işçilər üçün tarixdə ən ölümcül il oldu və 281 yardım işçisinin öldü",- o bildirib.
 
O xatırladıb ki, indiyədək bu kədərli rekord 280 humanitar işçinin həlak olduğu 2023-cü ilə aid olub.

Qəzza zolağında vəziyyət son dərəcə təhlükəlidir, burada noyabrın əvvəlindən humanitar yardım işçilərinin sayı 10-a çatıb. Ötən il oktyabrın 7-dən bu anklavda onların azı 333 işçisi həlak olub. Ölənlərin əksəriyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA), Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri və qeyri-hökumət təşkilatları arasındadır. 
 
Gülnar

www.anews.az
Избранный
32
anews.az

1Источники