RU

COP29-un baş danışıqçısı: Təklif olunan məbləğə bir daha baxılacaq

COP29 Prezidentliyi bütün tərəflərlə həll edilməyən məsələlərə düzəlişlərin olunması ilə bağlı hərtərəfli işi davam etdirəcək.

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.

“Əsas hədəfimiz bütün tərəflərin hədəfə nail olmasına çalışmaqdan ibarətdir. Eyni zamanda,, biz konfransın yekun nəticələrinin mümkün qədər iddialı olmasını təmin etmək məqsədilə birgə fəaliyyəti davam etdirəcəyik. Onu da qeyd etmək istəyirəm ki, COP29 Sədrliyi 250 milyard dollarlıq məbləğindəki illik maliyyələşmənin ədalətli və iddialı rəqəm olmadığını hesab edir. Bununla belə, digər tərəflərlə birgə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulub. Ümid edirik ki, yekun nəticədə irəliləyiş əldə olunacaq. Çünki təklif olunan məbləğə bir daha baxılacaq. Şərhimizi isə yalnız yekun razılığa gəlindikdən sonra verə biləcəyik”, - baş danışıqçı qeyd edib.

Избранный
13
6
aznews.az

9Источники