RU

Azər Bağırov: “Məğlubiyyətlərin hamısı məyusluq yaradır”

“Kəpəz” Misli Premyer Liqasının XIV turunda Tovuzda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Gəncə azarkeşlərinə təşəkkür edirəm. Komandanı sona qədər dəstəklədilər. İki fərqli hissə izlədik. İlk yarıda oyunumuz alınmırdı. İkinci hissədə dəyişikliklər etdik. Amma qolu vura bilmədik.

Sarı vərəqə gördüyünüz epizodu necə dəyərləndirirsiniz?

– Axır vaxtlar bir az emosional olmuşam. Bu da son oyunlara görədir. Biz də özümüzü tənzimlənməliyik.

Keçmiş komandanıza məğlubiyyətin məyusluğu var?

– Məğlubiyyətlərin hamısı məyusluq yaradır. Rəqibin fərqi yoxdur. Bu gün önəmli olan “Kəpəz”in xal qazanması idi.

Избранный
18
5
msport.az

8Источники